Şamaxıda oğul atasını bıçaqlayıb.
 




Moderator.az xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
 
Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.