"Peyğəmbərin (s.a.s.) yazdığı məktub bunu sadəcə təsdiqləyir (məktubun orijinalı  Türkiyədəki Topqapı Muzeyində saxlanılır). Bu vədi bilmək müsəlmanların xristianlara qarşı davranışına və əksinə dərin təsir göstərə bilər..."
 




"Xaçpərəst bir qadın müsəlmanla evlənərsə, bu, onun razılığı ilə olmalıdır. Onun kilsədə namaz qılmasına mane olmaq qadağandır..."
 
Moderator.az aktuallığını nəzərə alaraq "İslam-today" nəşrində dərc edilmiş müsəlman əqidəsi haqda növbəti ibrətamiz materialın tərcüməsini nəzərinizə çatdırır.

"Müsəlmanlar xaçpərəstlərlə, xristianlara necə davranmalıdırlar? Qəddarlıqla? Qəzəblə? Nifrətlə? Xeyr. Peyğəmbərimiz (s.a.s.) hər bir müsəlman üçün nümunə olmalıdır. Xristianlara münasibətdə isə Onun əmrlərini xatırlamalıyıq. Məhəmməd Peyğəmbərin (s.a.s.) əmr etdiyi unikal bir sənəd qorunub saxlanılıb və müsəlmanların aralarında yaşayan xristianları qorumaq vəzifələrini sadalayır. Bu, digər dinlərdən olan qonşularımız üçün kollektiv məsuliyyəti xatırladan, Peyğəmbərdən (s.a.s.) mərhəmət və xeyirxahlıq mesajıdır.
 
Müsəlmanlar və xristianlar arasında gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda xristian dostlarımıza xatırladırıq ki, əsl müsəlman xristian nə fiziki, nə də şifahi şəkildə zərər verə bilməz.
 
Peyğəmbərin (s.a.s.) yazdığı məktub bunu sadəcə təsdiqləyir (məktubun orijinalı  Türkiyədəki Topqapı Muzeyində saxlanılır). Bu vədi bilmək müsəlmanların xristianlara qarşı davranışına və əksinə dərin təsir göstərə bilər: 
 
“Abdullah oğlu Məhəmmədin bu mesajı, yaxın və ya uzaq olsun, xristianlığı qəbul edənlərlə bir əhddir. Həqiqətən də, mən, köməkçilərim və ardıcıllarım onları qoruyuruq, çünki xaçpərəstlər bizim həmvətənlərimizdir və Allahın iradəsi ilə onları incidə biləcək hər şeyə qarşıyam.

Onlara qarşı heç bir məcburiyyət tətbiq edilməməlidir. Hakimləri vəzifələrindən uzaqlaşdırılmadığı kimi, rahibləri də monastırlarından qovulmayacaq. Heç kim onların dininin evini dağıda və ya zədələyə bilməz, oradan isə müsəlmanların evlərinə bir əşya da apara bilməz. Əgər kimsə oradan bir şey götürsə, Allahın əmrlərini pozmuş və Peyğəmbərinə itaətsizlik etmiş olar.
 
“Həqiqətən də, onlar mənim müttəfiqlərimdir, nifrət etdikləri hər şeyə qarşı təhlükəsizlik zəmanətimi təmin etmişlər. Heç kim onları bir yerdən başqa yerə köçməyə və ya döyüşlərdə iştirak etməyə məcbur etməz. Müsəlmanlar onlar üçün vuruşmalıdırlar. Xaşpərəst bir qadın müsəlmanla evlənərsə, bu, onun razılığı ilə olmalıdır. Onun kilsədə namaz qılmasına mane olmaq qadağandır. Onların kilsələrinə hörmət edilməlidir. Onların kilsələrini bərpa etmələrinə və əhdlərinin müqəddəsliyini qorumalarına mane olmamalıdırlar. Heç bir müsəlman Qiyamət gününə qədər bu müqaviləni pozmamalıdır." 

Bu, Peyğəmbərin (s.a.v.) mesajı idi.  Bu mesaj əbədi və universaldır və xüsusilə müsəlmanlarla xristianlar arasındakı uçurumun aşılmaz göründüyü bu gün aktualdır. Məhəmməd Peyğəmbər (s.a.v.) müsəlmanların uzaqda və ya yaxında olmasından asılı olmayaraq həmişə xristianlarla birlikdə olduqlarını və xaşpərəstlərə qarşı pis rəftarın Allahın əmrlərini pozmaqla eyni olduğunu vurğulayır. İslam dini tolerantlığın unikal nümunələrini təqdim edir. O, insanı daha yaxşı insan olmağa çalışmağa məcbur edir. Özümüzdə Xeyirə olan meyli boğmaqla biz İslamın təməl xüsusiyyətini inkar edirik..."
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın