Respublika Perinatal Mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi bununla əlaqədar hazırlıqlara başlayıb.
İlkin mərhələdə əsaslı təmir və yenidənqurmanın layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.
Sözügedən işlərin layihə-smeta sənədlərinin hazırlanmasına 388 min manat vəsait sərf olunacağı proqnozlaşdırılıb.