ABŞ senatoru Lindsi Qremin hazırladığı və ölümündən sonra onun adı ilə təqdim olunan Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi Senatda prosedur səsverməsini keçərək qəbul olunmağa bir addım da yaxınlaşıb.


Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.






ABŞ Rusiyaya qarşı iqtisadi təzyiqi gücləndirməyə hazırlaşır


Nəşrin məlumatına görə, sənədin yaxın vaxtlarda Senatda geniş ikipartiyalı dəstəklə qəbul ediləcəyi, ilin sonunadək isə Nümayəndələr Palatasının da onu təsdiqləyəcəyi gözlənilir. Bu, Donald Trampın ikinci prezidentlik dövründə Rusiyaya qarşı ilk genişmiqyaslı ABŞ sanksiyalar paketi ola bilər.


"Kölgə donanması" əsas hədəfdədir


Ekspertlərin fikrincə, layihənin əsas üstünlüyü sanksiyaların qanunvericiliklə təsbit edilməsidir. Bu, gələcək administrasiyaların onları ləğv etməsini çətinləşdirəcək. Sənəd həmçinin ABŞ-ın Rusiyanın "kölgə donanması"na qarşı sanksiyalarını Böyük Britaniya və Aİ-nin məhdudiyyətləri ilə uzlaşdırmağa imkan verəcək.


Nəşr vurğulayır ki, Qərb Rusiyanın neft ixracını ciddi məhdudlaşdırmaq istəyirsə, "kölgə donanması"nın fəaliyyətini dayandırmalıdır. Hazırda Rusiyanın neft ixracının böyük hissəsi hələ də sanksiya altında olan tankerlərlə həyata keçirilir.


Layihənin zəif tərəfləri


"Foreign Policy" qeyd edir ki, layihədə nəzərdə tutulan sanksiyaların tətbiqi məcburi deyil və son qərar ABŞ prezidentindən asılı olacaq. Bundan başqa, sənəd Rusiya nefti və qazını alan ölkələrə qarşı ikinci dərəcəli gömrük rüsumlarını nəzərdə tutur. 


Tramp bu mexanizmi Hindistana qarşı tətbiq etsə də, Çinə qarşı istifadə etməyib. Məhz bu məsələ qanun layihəsinin Nümayəndələr Palatasında qəbulunu çətinləşdirən əsas amil hesab olunur. Demokratlar Trampın gömrük siyasəti sahəsində səlahiyyətlərinin daha da genişlənməsinə qarşı çıxırlar.