Yaponiyanın şimal hissəsində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.


Moderator.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.






Yeraltı təkanların episentri Sakit okeanda, Aomori prefekturasından şərqdə yerləşib. Seysmik hadisəsinin ocağı 80 kilometr dərinlikdə olub.


İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.