Xalq şairi Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə Moderator.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mərhum şairlə əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiriləcək.
Vida mərasiminin ardınca cənazə Fəxri xiyabana aparılaraq orada dəfn ediləcək.