48 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Hüseyn Rzazadə Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında təsəlliverici görüşə çıxıb.


Moderator.az xəbər verir ki, o bu mərhələdə iranlı Amirali İbrahim Fazla qarşılaşıb.






Görüş təmsilçimizin 9:6 hesablı qələbəsi ilə başa çatıb.


Bununla da o, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.


Xatırladaq ki, o, dünən 1/8 finalda hindistanlı Aaryan Aaryana 5:6 hesabı ilə uduzub.