Avqustun 1-də saat 11:00-a olan faktiki hava açıqlanıb.


Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.






Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.


Lakin iyulun 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb.


Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb.


İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21m/san, Bakıda və Abşeron yarımadasında 16 m/san-dək güclənib.