Vaşinqton Tayvanla bağlı status-kvonu təzyiq və məcburetmə yolu ilə dəyişdirmək cəhdlərinə qarşıdır.
Moderator.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə deyib: "Biz mövcud status-kvonun dəyişdirilməsini dəstəkləmirik. Biz məcburetmə və ya təzyiq yolu ilə status-kvonun dəyişdirilməsinə qarşıyıq. Biz bu mövqeyi Çin tərəfi ilə görüşlərimizdə çox aydın şəkildə ifadə etdik".