Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
 




Moderator.az xəbər verir ki, vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb. Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.
 
10:52
 

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
 
Moderator.az  xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak edirlər.
 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə əklil göndərib.
 
Qeyd edək ki, Xalq şairi I Fəxri xiyabanda dəfn ediləcək.
 
Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.