ABŞ İsrailə əlavə hərbi yanacaqdoldurma təyyarələri yerləşdirir.
 




Moderator.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
 
Məlumata görə, hazırda Ben Qurion hava limanında 30-dan çox ABŞ-yə məxsus yanacaqdoldurma təyyarəsi yerləşdirilib. Yaxın günlərdə daha 10 təyyarənin İsrailə çatdırılması gözlənilir.
 
İsrail Hava Limanları İdarəsi bildirib ki, hərbi təyyarələrin sayının artması hava limanının infrastrukturuna əlavə yük yaradıb və mülki uçuşların cədvəlində gecikmələrə səbəb olub.
 
Qeyd olunub ki, bu həftə uçuşların orta gecikmə müddəti bir saatı keçib, bəzi hallarda isə sərnişinlər baqajlarını almaq üçün iki saata qədər gözləməli olublar.
 
Məlumata görə, yay mövsümündə sərnişin axınının artması, eləcə də Yunanıstan və Avropanın digər bölgələrində hava hərəkətinin idarə olunmasında yaranan problemlər də beynəlxalq reyslərdə əlavə gecikmələrə səbəb olub.