Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə baş verən yanğınlar söndürüldü
02 Aug 2026, 14:21 33 baxış 1 dəq oxuma
Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.