Ermənistan prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" Partiyasının lideri Nikol Paşinyanı ölkənin baş naziri təyin edib.
Moderator.az xəbər verir ki, müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.
"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.