Abşeron çimərliklərində avqustun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.


Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.






Bildirilib ki, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək, gündüz saatlarında isə küləyin istiqaməti dəyişərək şimal-şərq küləyi ilə əvəz olunacaq.


Məlumata görə, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba) 26-27 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) isə 27-28 dərəcə isti olacaq.