Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.
 




Azərbaycan Voleybol Federasiyasından Moderator.az-a verilən məlumata görə, yığmanın Bakıdakı təlim-məşq toplanışında Latviya və Belarus seçmələri ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.
 
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
 
Oyunlar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.