8–9 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
 




Moderator.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 cüdoçu (4 oğlan, 9 qız) ilə təmsil olunacaq. Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
 
Beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.
 
Azərbaycan millisinin heyəti belədir:
 
Qızlar
 
-48 kq
 
Nərgiz Əhmədova
 
Gülşən Hüseynova
 
Gülgəz Musayeva
 
-52 kq
 
Aysun Məmmədova
 
Nuranə Hacızadə
 
-57 kq
 
Vüsalə Hacıyeva
 
Aytən Verdiyeva
 
Xədicə Qədəşova
 
-63 kq
 
Nilgün Rzayeva
 
Oğlanlar
 
-73 kq
 
Kənan Hüseynov
 
-100 kq
 
Davud Namazlı
 
Canpolad Əliyev
 
Vidad Əliyev