Abşeronda dəhşətli cinayət törədilib. 
 




Moderator.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 
 
Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb. 
 
Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır.