Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.


Moderator.az xəbər verir ki, Konfrans Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşib.






Ağdam təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanacaqları təqdirdə "Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.


Xatırladaq ki, "Qarabağ" klubu pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Ukraynanın "Dinamo Kiyev" komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da səfərdə, cavab qarşılaşması isə avqustun 13-də Bakıda keçiriləcək.


Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.