Rusiyanın Orenburq vilayətindəki "Qara delfin" koloniyasında ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov aclıq elan edib.


 






Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə onun vəkili Dmitri Trubnikov məlumat verib.


 


"Aclıq aksiyası 1 avqust şənbə günü elan edilib. Yalnız su içir", - deyə Trubnikov bildirib.


 


Onun məlumatına görə, məhbus işə çıxmaq hüququ olmadan cəza izolyatorunda (kamerasında) saxlanılır və iş fəaliyyəti üçün "normal şərtlərin" təmin olunmasını tələb edir.


 


Qeyd edilir ki, iyunun 2-də Trubnikov Araşukovun "individual" tikiş sexində işə çıxdığını bildirmişdi.