Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkü atılıb.


Azərbaycan Voleybol Federasiyasından Moderator.az-a verilən məlumata görə, yarış avqustun 4-8-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq.






Əsas mərhələnin oyunları avqustun 4-5-də keçiriləcək. Bu mərhələdə günün ilk qarşılaşmaları saat 09:00-da, son oyunları isə saat 17:00-da başlayacaq.


Avqustun 6-da üçüncü yer uğrunda görüşlər, avqustun 8-də isə final qarşılaşmaları baş tutacaq.


Qeyd edək ki, ölkə çempionu olacaq komandalar 2026-cı ildə təşkil ediləcək klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.