Bakıda məhkum həbsxanada ölüb.
Moderator.az bildirir ki, hadisə paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib.
Burada cəza çəkən 67 yaşlı İmanquliyev Məhərrəm Nəsir oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm İmanquliyev 2020-ci ildə Qubanın Barlı kəndində öz qızı 1991-ci il təvəllüdlü Zeynəbi əlləri ilə boğaraq öldürmüşdü. O, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. /Lent.az/