Ötən həftə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadə 96 yaşında vəfat etdi.
Nəriman Həsənzadə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – "Şöhrət" (2001), "Şərəf" (2011) və "İstiqlal" (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə "Heydər Əliyev" ordeninə layiq görülmüşdü.
Şair 1931-ci il fevralın 2-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil alıb, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.
1965-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasını bitirdikdən sonra dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1978–1991-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyib.
1991–2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb. 1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olub.
N.Həsənzadə 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
2005-ci ildə ona Xalq şairi fəxri adı verilib.
Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilib.
Şairin “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” kitabları ona ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.
90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Səfirə məktub”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Qaçaq Kərəm”, “Nuru paşa”, “Nizami”, “Sözü tara verin” kimi poemaların müəllifidir.
Bu günlərdə ədəbi ictimaiyyətin müzakirə etdiyi mərhum Nəriman Həsənzadənin övladları da maraq dairəsinə düşüb. Xalq şairinin neçə övladı var, kimdirlər, hansı işlərlə məşğul olublar?
Moderator.az xəbər verir ki, modern.az saytı bunu araşdırmağa çalışıb.
Qeyd edək ki, mərhum Xalq şairnin iki övladı var: bir oğlu, bir qızı.
Nəriman Həsənzadənin qızı Xatirə Həsənzadə musiqişünasdır. O, hazıra Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
1959-cu il təvəllüdlü Xatirə Həsənzadə 1978-1982-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatriyasının Tarix-nəzəriyyə fakultəsində ali təhsil alıb.
1981-1983-cü illərdə müxtəlif təhsil musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı fənnlərini tədris edib.
1983-cü ildən indiki Bakı Musiqi Akademiyasında “Musiqi tarixi” kafedrasının müəllimidir, xarici ölkələrin musiqi tarixi fənnlərini tədris edir.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Xatirə Həsənzadə televiziyada maarifçifçilik fəaliyyəti də göstərib O, 1980-2014-cü illərdə AzTV-də “Operaladan parçalar”, “Orfey”, Mədəniyyət kanalında
“Musiqi xəzinəsi” silsilə verilişlərinin müəllifi və aparıcısı olub.
Ailəlidir. Iki övladı, iki nəvəsi var.