Seuta muxtar şəhərinə daxil olan qeyri-qanuni miqrantların, demək olar ki, hamısı artıq Mərakeşə geri göndərilib.


Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məlumat dərc olunub.






"İyulun 30-da sərhədi keçən şəxslərin böyük əksəriyyəti Mərakeşə qaytarılıb", - deyə krallığın xarici siyasət idarəsinin bəyanatında bildirilib.


Qeyd edilib ki, İspaniyanın Seuta və Melilya muxtar şəhərlərinə qanunsuz yollarla daxil olmaq miqrantlara ölkə ərazisində qalmaq, İspaniyanın materik hissəsinə keçmək və ya Avropa daxilində sərbəst hərəkət etmək hüququ qazandırmır.