Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Baba Babayev və  Elgün İsgəndərli saxlanılıb.
 




Moderator.az-ın məlumatına görə, onlardan heroin və metamfetamin aşkarlanıb. 
 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.