İspaniyanın nüfuzlu “Marca” nəşri FIFA prezidenti Canni İnfantinonu əvəz edə biləcək 5 əsas namizədin adını açıqlayıb.






Moderator.az xəbər verir ki, siyahıda futbol dünyasının ən tanınmış şəxsləri yer alıb:


Nasser Əl-Xəlaifi – PSJ-nin və Avropa Klublar Assosiasiyasının (ECA) başçısı;


Viktor Montalyani – FIFA-nın vitse-prezidenti, KONKAKAF-ın prezidenti;


Aleksander Çeferin – UEFA prezidenti;


Şeyx Salman bin İbrahim Əl-Xəlifə – Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti;


Patris Motsepe – Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti


Məlumata görə, FIFA Şurasının vitse-prezidenti olan Viktor Montalyani qurumun daxili işinə dərindən bələd olduğu üçün ən məntiqi və şanslı namizəd hesab olunur.


Qeyd edək ki, namizədliklərin qəbulu üçün son tarix 2026-cı il noyabrın 18-i müəyyən edilib. Namizədləri yalnız milli futbol assosiasiyaları irəli sürə bilər və hər bir iddiaçı ən azı 5 federasiyanın dəstəyini almalıdır.


Xatırladaq ki, FIFA prezidentinin seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.


(qafqazinfo)