UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.


Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.






Valdas Dambrauskasın komandası Danimarka səfərində “Orhus”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Bu cütün qalibi pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının  pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


Qeyd edək ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.


5 avqust


UEFA Çempionlar Liqası


3-cü təsnifat mərhələsinin ilk oyunları


20:30. “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan)


Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya)


Randers. “Cepheus Park”.


***


Komandaların start heyətləri bəlli olub:


“Orhus”: 21 Kristiansen, 25 Rösler, 5 Tinqager, 19 Kal, 23 Andersson, 4 Knudsen, 16 Yönsson, 39 Emeri, 31 Bek, 28 Boqere, 10 Arnstad (k).


Ehtiyat oyunçular: 1 Hansen (qapıçı), 7 Solbakken, 8 Yörgensen, 11 Links, 13 Serra, 20 Kristiansson, 26 Andersen, 27 Çamçe, 29 Karstensen, 44 Kamara, 45 Storx, 46 Senquba.


“Sabah”: 92  Stas Pokatilov (k), 27 Puxaç, 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 80 Akim Zedadka, 13 İvan Lepinitsa, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 21 Velko Simiç, 20 Coy-Lens Mikels, 11 Kahim Parris.


Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.


***


“Sabah” klubu yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.


***


Matç başladı.



***


Ceyms Boqere 31-ci dəqiqədə hesabı açır.



***


Fasilə.


***


İkinci hissə başladı.


***


Ceyms Boqere 63-cü dəqiqədə dublunu rəsmiləşdirir.



***


Velko Simiç 67-ci dəqiqədə fərqi azaldır.



***


Stiv Solvet 90-cı dəqiqədə hesabı bərabərləşdirsə də, ofsayd səbəbindən qol qeydə alınmır.



***


Matç 2:1 rəqibin qələbəsi ilə başa çatır.