Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb.
 
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.