Moderator.az xəbər verir ki, yoxlamalar zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitariya-gigiyena və texnoloji tələblərin pozulduğu müəyyən edilib. Obyektlərdə havalandırma sistemləri ilə bağlı çatışmazlıqlar, eləcə də digər uyğunsuzluqlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokollar tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək obyektlərin fəaliyyəti məhdudlaşdırılıb. Unlu məmulatların istehsalı ilə məşğul olan müəssisədən götürülmüş məhsul nümunələri laborator müayinəyə göndərilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.