"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək "Orhus"la cavab matçına indiyədək 3600 bilet satılıb.
 




Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.
 
"Sabah" - "Orhus" görüşü avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək.
 
Xatırladaq ki, tərəflər arasında dünən baş tutan matçda Danimarka çempionu qalib gəlib - 2:1.