Salyan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.
 




Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.
 
Qeyd edilən üç qurumun onların bazasında yaradılan yeni müəssisənin nizamnaməsi təsdiq olunub.
 
İcra başçısı Rüstəm Xəlilovun müvafiq sərəncamına əsasən, MMC-nin rəisi vəzifəsinə Etibar Axundov təyin edilib.
 
E.Axundov 2020-ci ilin parlament seçkiləri zamanı 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olub.