Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
 




Moderator.az xəbər verir ki, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə yer alıb.
 
25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir.
 
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.
 
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev) 0:1 hesabı ilə məğlub olub.