Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak məqsədilə Qırğızıstanda səfərdədir. Baş naziri Çolpon-Atadakı İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Erlist Akunbekov qarşılayıb.
 




Bu gün - 7 avqust səhərinə isə qonşu ölkə lideri adətinə uyğun olaraq velosiped sürməklə başlayıb.
 
Moderator.az xəbər verir ki. bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
"Günə İssık-Kul gölünün sahili boyunca 30 kilometrlik velosiped gəzintisi ilə başladım..."

Erməni Baş nazir Nikol Paşinyan paylaşdığı sosial media səhifəsində paylaşdığı videoya şərhində belə yazıb.



S.Laçın