ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə fonunda NATO ölkələrinə qarşı aqressiv addımlar ata bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kremlin mümkün addımları kiberhücumlardan və təxribatlardan tutmuş məhdud hərbi müdaxiləyədək uzana bilər. Analitiklər belə bir ssenarinin hazırda aşağı ehtimallı olduğunu bildirsələr də, riskin tədricən artdığını qeyd edirlər.
Məlumata görə, NATO üzvünə qarşı hər hansı hücum Alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin(Bu maddəyə əsasən, üzv dövlətlərdən hər hansı birinə qarşı edilən silahlı hücum bütün üzv ölkələrə edilmiş hücum sayılır. Bütün tərəflər hücuma məruz qalan ölkəyə, o cümlədən silahlı qüvvələrdən istifadə etməklə, zəruri hesab etdikləri tədbirləri görməklə yardım etməyi öhdələrinə götürürlər) işə düşməsinə səbəb ola bilər.
Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk da bu yaxınlarda Rusiyanın NATO ölkəsinə qarşı mümkün hücumu barədə xəbərdarlıq etmişdi.