Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
 




Moderator.az bildirir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək.
 
Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.