Rusiya ukraynalı hərbi əsirlərdən döyüş bölmələri formalaşdırır ki, bu da Cenevrə Konvensiyasının müddəalarına ziddir.


Moderator.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatına istinadən "RBC-Ukrayna" məlumat yayıb.






ISW bildirir ki, Rusiya Müdafiə Nazirliyinin Könüllülər Korpusu "Ukrayna könüllü xüsusi təyinatlılar briqadası"nın yaradıldığını elan edib. Rusiya iddia edir ki, briqadaya ukraynalı hərbi əsirlər və Moskvanın tərəfinə keçmiş keçmiş Ukrayna hərbçiləri daxildir.


Analitiklərin fikrincə, hərbi əsirlərin döyüş əməliyyatlarına cəlb edilməsi Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Sənədə əsasən, əsirlərin onları saxlayan dövlətin silahlı qüvvələri tərkibində hərbi xidmətə cəlb olunması qadağandır.


ISW qeyd edir ki, Rusiya tərəfindən ukraynalı hərbi əsirlərdən bu məqsədlə istifadə edilməsi ilə bağlı ilk məlumatlar hələ 2022-ci ilin noyabrında qeydə alınıb.