Bakının mərkəzində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 




FHN-dən Moderator.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.


11:50



 

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
 
Əlavə məlumat veriləcək.