Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb.


Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.






Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:


Təşkilat Komitəsinin sədri


Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini


Təşkilat Komitəsi sədrinin müavini


Azərbaycan Respublikasının iqtisadiyyat naziri


Təşkilat Komitəsinin üzvləri:


Azərbaycan Respublikasının xarici işlər naziri


Azərbaycan Respublikasının maliyyə naziri


Azərbaycan Respublikasının mədəniyyət naziri


Azərbaycan Respublikasının daxili işlər naziri


Azərbaycan Respublikasının fövqəladə hallar naziri


Azərbaycan Respublikasının səhiyyə naziri


Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri


Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri


Azərbaycan Respublikasının energetika naziri


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri


Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi


Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı


Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti


"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti


"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri


"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri.


Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.


Bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olmuşdur. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb.