Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaqın yaradılması haqqında pakt imzalayıblar.
 




Moderator.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
 
Bildirilib ki, sənədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlman Al Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imza atıblar.
 
Tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, Yaxın Şərq də daxil olmaqla regional böhranların həlli istiqamətində səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatları mübadiləsi aparmağı planlaşdırırlar.