Şəmkir rayonunda sürücü sükan arxasında ölüb.
 




Moderator.az-ın məlumatına görə, hadisə avqustun 6-sı saat 18 radələrində Şəmkir şəhəri ərazisində baş verib.
 
Şəhər sakini 1968-ci il təvəllüdlü Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi VAZ-21074 markalı avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib və maşın səkiyə çırpılıb. Sürücü ürək çatışmazlığından sükan arxasında dünyasını dəyişib.
 
Faktla bağlı araşdırmalar aparılır.