ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresdə çoxluğu əldə edəcəyi təqdirdə Respublikaçılar Partiyasının gələcəkdə Ağ Evə prezident gətirməkdə çətinlik çəkə biləcəyini iddia edib.
Moderator.az xəbər verir ki, o, bu barədə "Punchbowl News" nəşrinə müsahibəsində danışıb.
"Demokratlar qalib gəlsələr, mən sonuncu respublikaçı prezident ola bilərəm", – deyə Tramp bildirib.
Bununla yanaşı, ABŞ prezidenti Respublikaçıların qarşıdakı seçkilərdə qalib gələcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə, bunun üçün Senat üzvləri "ağıllı davranmalıdır".
Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.