İndoneziyada 18 nəfəri vəhşi meymun dişləyib. Onların arasında uşaqlar da var. 


Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, meymunun tutulmasına hökumət 3 gün vaxt sərf edib.






Bu müddət ərzində isə təhlükəsizlik tədbirləri çərçivəsində 40 məktəb bağlanıb, məktəblilər distant tədrisə keçib.


Hazırda meymunda quduzluğun olub-olmaması araşdırılır.


(globalinfo)