Beyləqan rayonunda su kanalında boğulma hadisəsi qeydə alınıb.


Moderator.az xəbər verir ki, rayonun Bünyatlı kəndi ərazisində baş verən hadisə nəticəsində Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı həyatını itirib.






Məlumata görə, yeniyetmə kanalda çimərkən boğulub. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.