Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan daha 7 pilotsuz uçuş aparatını (PUA) vurub.


Moderator.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.








“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri 7 PUA-nın hücumunun qarşısını alıb. Təcili xidmətlərin mütəxəssisləri qalıqların düşdüyü ərazilərdə işləyirlər”, – Sobyanin bildirib.


Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.