ABŞ İrana qarşı siyasətini, atdığı addımları dəyişməsə, Hörmüz boğazı açılmayacaq.
Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib.
"Amerika davranışını düzəltməyənə qədər Hörmüz boğazı açılmayacaq", - o bildirib.
Zülqədrin sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurası müharibə və danışıqlarda tutduğu mövqedən geri çəkilməyəcək.