Smartfon istifadəçilərinin bir qismi gecə saatlarında Wi-Fi funksiyasını söndürür. Lakin mütəxəssislərin fikrincə, internet bağlantısı sabitdirsə, buna ehtiyac yoxdur.
Moderator.az xəbər verir ki, bu barədə "BGR" portalı məlumat yayıb.
Məlumata görə, Wi-Fi vasitəsilə məlumat ötürülməsi bir çox hallarda mobil internetdən daha az enerji sərf edir. Bundan əlavə, bəzi tətbiqlər istifadəçinin yerini Wi-Fi vasitəsilə GPS-dən daha sürətli və daha az enerji sərfiyyatı ilə müəyyən edə bilər.
Bununla belə, smartfon gecə ərzində tez-tez Wi-Fi bağlantısını itirir və davamlı olaraq yeni şəbəkə axtarırsa, funksiyanı söndürmək məqsədəuyğundur. Belə vəziyyətdə sabit mobil internet bağlantısından istifadə etmək daha sərfəli ola bilər.