Bakının Xətai rayonunda baş vermiş güclü yanğın söndürülüb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Bakıda güclü yanğın başlayıb.
Moderator.az xəbər verir ki, hadisə 8 Noyabr prospekti yaxınlığında qeydə alınıb.
Hadisə yerindən yayılan görüntülərdə neft çənlərinin yerləşdiyi ərazidən güclü tüstünün qalxdığı və yanğının baş verdiyi görünür.
İlkin iddialara görə, neft çənlərindən birində partlayış baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerindədirlər.
Görüntüləri təqdim edirik: