Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb.


Moderator.az-ın məlumatına görə, bu barədə NTV telekanalı xəbər yayıb.






Üzərində tarixlər həkk olunmuş ilk daş Pirna şəhəri yaxınlığında Elba çayında üzə çıxıb. Daşın üzərində 1707-ci ildən başlayaraq 20-dən çox tarix qeyd olunub. Bu cür nişanlardan çaylarda və su hövzələrində su səviyyəsinin təhlükəli dərəcədə aşağı düşməsini göstərmək üçün istifadə edilirdi.


Elbanın Pirna ərazisində bəzi yerlərində suyun səviyyəsi 1 metrdən aşağı düşüb, Drezdendə isə bu 54 santimetr təşkil edir.


Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə Saksoniyada leysanlar mümkündür, lakin yağıntılarla bağlı vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilmir.