Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Leypsiq/Halle hava limanında baş verən insidentdən sonra pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə xüsusi bölməni əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.
Moderator.az-ın məlumatına görə, bu barədə Bild qəzeti hökumət mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, nazir Federal Polis İdarəsinə bölmənin əməkdaşlarının sayını təxminən 150-dən 300-ə çatdırmağı tapşıracaq. Almaniyanın müxtəlif bölgələrində operativ qərargahların sayının da 4-dən 8-ə artırılması planlaşdırılır.
Bu, mütəxəssislərə hava limanları və hərbi bazalar da daxil olmaqla strateji əhəmiyyətli obyektlərə qarşı təhdidlərə daha operativ reaksiya verməyə imkan verəcək.