Yol qəzasında həyatını itirən Zaqatalanın icra başçısının sürücüsünün fotosu yayılıb. 
 




Moderator.az Lent.az-a istinadla sürücü Laçın Hacıyevin fotosunu və qəza yerindən görüntüləri təqdim edir: 



08:10



Zaqatalada ağır yol qəzası olub. 
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. 
 
Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb. 
 
Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir. 
 
Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. 
 
Faktla bağlı araşdırma aparılır.