Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinlik və diskomfor yaranacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 
Bildirilib ki, bu hal nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
 
“Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək”, - deyə məlumatda qeyd edilib.